"Sumqayıt"da toplantı: Müşahidə Şurasının tərkibində dəyişiklik oldu

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “Azərikimya” İB-də baş tutan iclasda “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri – İmran Arzumanzadə, Vaqif Ömərov, Teymur Səmədov, Telman Salahov və Abdulla Məmmədov iştirak ediblər.

 

Toplantıda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib. Yekunda "Kapital Bank" ASC-nin Müştəri Menecmenti və Məhsullar Departamentinin direktoru Fərid İslamov, "Paşa Həyat Sığorta" ASC-nin Satış və Marketinq departamentinin rəisi Vüsal Nağıyevin şuraya üzv seçilməsi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.

 

İclasın sonunda Müşahidə Şurası tərəfindən klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.

Tarix: 31 Oktyabr [12:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2019
16  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio