“Neftçi” və “Araz”dan böyük hesablı qələbə

Bu gün futzal üzrə Yüksək Liqada 5-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, “Olimpik Star”da 5 qarşılaşma baş tutub.

 

İlk 4 turda xal itirməyən “Neftçi” və “Araz” növbəti oyununa çıxıb. “Neftçi” “Baku Fire” ilə, “Araz” isə “Premier”lə qarşılaşmada darmadağına sevinib.

 

İddialılar sırasında qərarlaşan EKOL hələ də xal üzü görməyən “Record club”la münasibətlərini aydınlaşdırıb. Yeddi qolluq qarşılaşma EKOL-un çətin qələbəsiylə başa çatıb.

 

Yüksək Liqa, 5-ci tur

31 oktyabr

 

"Xızı Futzal" – "Yasamal" İSK 6:5
Qol:
Murtuza Cahandoost, 09:22. Elnur Soltanlı, 13:02; 18:40. Cəlaləddin Tağıyev, 25:44. Cavid Taleb, 39:41; 39:56 – Elgün Abbaslı, 0:31; 06:25. Vüsal Səfərov, 24:36; 26:26. Anar İsayev, 30:49.
Hakimlər: Ramiz Məhərrəmov, Rahin Heybətov, Fuad Həsənov

 

"Neftçi" İK – "Baku Fire" 9:2
Qollar
: Rüfət Balakişiyev, 12:41; 16:55; 21:54; 36:46. Emil Həsənzadə, 21:13; 22:58; 29:27; 32:33. Tofiq Hüseynov, 33:46 – Renat Sultanov, 29:51. Hüseyn Qarayev, 30:50.
Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, Mahir Məmmədov.

 

"Premier" (Quba) – "Araz" 0:5
Qollar
: Hadi Ahmadi, 06:45. İsa Atayev, 11:52; 15:39. Tural Cəlilov, 37:43-öz qapısına. Xətai Bağırov, 39:34.
Hakimlər: Hikmət Qafarlı, Nail Nağıyev, Kənan Məlikov.

 

EKOL – "Record club" 4:3
Qollar:
Əsgər Abasov, 08:50; 11:02; 23:00. Fərid Ələkbərov, 26:25 – Vahid Ansari, 22:19. Sabir Hacıəliyev, 34:47. Sina Jamali, 38:52.
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Xəlil Xəlilov.

 

"Marafon" – "Bakı" TFK 12:4
Qollar
: Seymur Məmmədov, 02:25; 21:58. Vitali Borisov, 02:40; 03:30; 39:24. Tofiq Mikayılov, 08:17; 35:10. İlkin Hacıyev, 25:38; 37:47. Asif Zeynalov, 28:58. Sadegh Javidtabar, 32:43; 34:25 – Vüsal Buludov, 07:13. Tofiq Mikayılov, 09:40-öz qapısına. Fərid Səmədzadə, 23:40. Elvin Adışırinli, 24:13.
Hakimlər: Azər Əsgərov, Ziya Nəsirov, Vüsal Balaşov.

Tarix: 1 Noyabr [00:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 İyun 2020
2  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio