Yamayka millisinin üzvü qətlə yetirildi

12:44 - 2 Noyabr 2019

Yamayka millisinin qadın futbolçusu Taraniya Klark öldürülüb.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bıçaqlanıb. O, xəstəxanaya aparılsa da, vəfat edib.

 

Hadisə oktyabrın 31-i axşam saatlarında baş verib. O, başqa qadınla mobil telefon üstündə mübahisə edib və nəticədə bıçaqlanıb.

 

Həmin qadın saxlanılıb.

Xəbər xətti