"Spartak" evdə "Arsenal"a uduzdu - VİDEO

00:27 - 5 Noyabr 2019

Rusiya Premyer Liqasında 15-ci turun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Moskva "Spartak"ı Tulanın "Arsenal" klubunu qəbul edib. Oyunda qonaqlar 1:0 hesablı qələbə qazanıb.

 

Ayaz matçın 84-cü dəqiqəsində meydana daxil olub.

 

"Arsenal" 19 xalla 6-cı, "Spartak" 18 xalla 9-cudur. Yarış cədvəlinə 33 xalla "Zenit" başçılıq edir.

 

"Spartak" - "Arsenal" - 0:1

Qol: Yevgeni Lutsenko, 16

 

Xəbər xətti