AÇ-2020-yə vəsiqə uğrunda pley-offda mübarizə aparacaq komandalar

10:49 - 20 Noyabr 2019

UEFA Millətlər Liqasında AÇ-2020-yə son 4 vəsiqə uğrunda pley-offda mübarizə aparacaq komandalar müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosovo və Belarus yığmaları pley-offun iştirakçıları olacaq.

 

Bu komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupda dörd komanda olacaq. Qalib komandalar Avropa çempionatına vəsiqə qazanacaq.

 

A yolu

İslandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

 

B yolu

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

 

C yolu

Şotlandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Norveç - Serbiya

 

D yolu

Gürcüstan - Belarus

Şimali Makedoniya – Kosovo

 

Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.

Xəbər xətti