Çempionlar Liqasında həftənin oyunçusu açıqlandı

15:57 - 29 Noyabr 2019

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu bəlli olub.

 

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həftənin ən yaxşı futbolçusu “Bavariya”nın hücumçusu Robert Levandovski  seçilib. O, Lionel Messi (“Barselona”), Keylor Navas (PSJ) və Romero Lukakunu (“İnter”) qabaqlayıb.

 

Qeyd edək ki, polşalı forvard son turda “Srvena Zvezda” ilə görüşdə (6:0) 4 qol vurub.

Xəbər xətti