Bəhlul Mustafazadə ilə bağlı yeni iddia

Azərbaycan millisinin və "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə ilə bağlı yeni iddia yayılıb.

 

Sportal.az "Onefootball"a istinadən xəbər verir ki, İngiltərə I Liqa təmsilçisi "Sanderlend" Mustafazadəni transfer etməkdə israrlıdır. "Qara pişiklər"in qışda almaq istədiyi beş futbolçudan biri 22 yaşlı müdafiəçidir.

 

Adı dəqiqləşən digər oyunçu isə "Mançester Yunayted"in üzvü Ceyms Qarnerdir. Komandanın baş məşqçisi Fil Parkinson qışda yeni futbolçular alınacağını açıqlayıb.

 

"Sanderlend" İngiltərə I Liqasında (səviyyəcə 3-cü divizion) çıxış edir.

 

Daha öncə Bəhlul ölkə xaricində oynamaq arzusunda olduğunu demişdi.

 

Gənc müdafiəçi yayda "Qəbələ"dən "Sabah"a keçib.

Tarix: 1 Dekabr [14:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2019
15  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio