"Benfika" müdafiəçisinə 100 milyon avro qiymət qoydu

13:44 - 2 Dekabr 2019

“Benfika” futbolçusu Ruben Diasın müqavilə müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə 2024-cü ilə qədər yeni sözləşmə imzalanıb. Diasın müqaviləsinə 100 milyon avroluq sərbəst qalma maddəsi əlavə olunub.

 

Müdafiəçi bu mövsüm “Benfika”da 18 oyuna çıxıb. Klubun yetirməsi olan Dias Portuqaliya millisinin üzvüdür.

Xəbər xətti