Florentino Peresin Super Avropa Liqası planı

16:56 - 7 Dekabr 2019

Madrid "Real"ının prezidenti Florentino Peres bir müddətdir müzakirəsi aparılan Super Avropa Liqasının formatı barədə FIFA-nın prezidenti Canni İnfantino ilə planlarını bölüşüb.

 

Sportal.az xəbər verir ki, Peres 5 ölkə çempionatından 20 klubun turnirə qatılmasını və hər birində 10 komandanın olacağı 2 liqanın yardılmasını təklif edib. 72 yaşlı funksioner klubların öz liqalarından ayrılıb, yein turnirə qoşulması ilə 2 qat gəlir əldə edəcəyini bildirib.

 

UEFA-nın prezidenti Aleksandr Çeferin isə bu proyekti qəti şəkildə pisləyib. O, bu turnirin bir qrup insan üçün qazanc olacağını və futbola böyük zərbə vuracağını qeyd edib.

Xəbər xətti