Ayaz Quliyev yenə oynamadı

12:31 - 9 Dekabr 2019

Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ıevdə “Rostov”a 1:4 hesabı ilə uduzub.

 

Ayaz sonadək ehtiyatda qalıb.

 

“Spartak” 22 xalla 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti