Emil Balayev üçün erməni baş məşqçi - rəsmi

20:29 - 14 Dekabr 2019

Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Kostanay təmsilçisi baş məşqçi postuna Qriqori Babayanı gətirib. 39 yaşlı erməni çalışdırıcı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Babayan 2013-2018-ci illərdə "Astana"da köməkçi məşqçi işləyib.

Xəbər xətti