Zaur Həşimov: "Qarşıya qoyduğumuz planı yerinə yetirə bildik"

20:52 - 11 Yanvar 2020

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Antalyadakı təlim-məşq toplanışında "Ümraniyespor"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib:

 

"İlk oyun üçün istəyimiz fiziki yüklənməni meydanda tətbiq etmək idi. Ümumən götürsək, buna nail ola bildik. Sadəcə, adi epizodlarda top itkilərinə yol verdiyimizə və müdafiədə həddən artıq lazımsız səhvə yol verdiyimzə görə məyus olduq. Bunlar taktiki deyil, fərdi-texniki səhvlər idi. Belə çatışmazlıqlara görə hesab 0:3 oldu. Ancaq hesaba baxmayaraq, bu oyun üçün qarşıya qoyduğumuz planı yerinə yetirə bildik. Nəzərə alaq ki, ağır fiziki yüklənmələrlə məşq edirik. Futbolçuların bir qədər yorğun görünməsi normaldı. Rəqib komandada isə fərqli idi, “Ümraniyespor” tam hazır, formasının pikindədi, bir neçə gün sonra onların liqası başlayacaq. Biz isə hələ yüklənmələrin əvvəlindəyik".

Xəbər xətti