Mourinyo ilk transferini "Benfika"dan edir

"Tottenhem" "Benfika"nın  yarımmüdafiəçisi Jedson Fernandeşin transferini açıqlamağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, London klubu klub və futbolçu ilə anlaşma əldə edib. 21 yaşlı futbolçu Premyer Liqa təmsilçisində 1,5 illik icarə əsasında çıxış edəcək. Fernandeşin satın alma qiyməti 65 milyon avro təyin edilib.

 

Keçid rəsmiləşdikdən sonra bu, Joze Mourinyonun "Tottenhem"də ilk transferi olacaq.

 

Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon klubunda 13 oyuna 1 assist edib. Fernandeş "Benfika"nın yetirməsidir.

Tarix: 13 Yanvar [23:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Yanvar 2020
18  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio