Erməni futbolçu Emil Balayevin klubunda

11:36 - 14 Yanvar 2020

Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Qazaxıstan təmsilçisi son klubu "Ararat-Ermənistan" olan Petros Avetisyanı transfer edib.

 

24 yaşlı yarımmüdafiəçi ötən ildən Ermənistan millisinə dəvət alır.

 

"Tobol"un baş məşqçisi erməni əsilli Qriqori Babayandır. Emil Balayevin Kostanay təmsilçisindən ayrılacağı iddiaları var.

Xəbər xətti