Zaur Həşimov qələbəni şərh elədi

00:09 - 22 Yanvar 2020

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Serbiyanın “Napredak” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

 

“Qış təlim-məşq toplanışının son oyunu idi. Uşaqlar verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışırdı. Çatışmayan cəhətlərimiz də var. Oyuna baxdıqdan sonra qarşıdakı günlərdə səhvləri aradan qaldırmağa çalışacağıq”.

Xəbər xətti