"Lill"dən Braziliya klubuna

14:45 - 23 Yanvar 2020

"Lill" yarımmüdafiəçisi Tyaqo Mayanı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin "Flamenqo" klubuna keçib. Klub saytı 22 yaşlı futbolçu ilə 18 aylıq müqavilə imzalandığını açıqlayıb.

 

"Lill" Mayanı 2017-ci ildə "Santos"dan 14 milyon avroya transfer etmişdi.

Xəbər xətti