"Milan"ın futbolçusu "Tottenhem"lə "Atletiko"nun hədəfində

"Milan" Zlatan İbrahimoviçin transferindən sonra hücumçusu Kriştof Pyonteki satmağı düşünür.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, İngiltərənin "Tottenhem" və İspaniyanın "Atletiko" klubları polşalı forvardı icarəyə götürmək üçün təklif yollayıb. Xəbərdə "Milan"ın 24 yaşlı futbolçunu icarəyə vermək istəmədiyi, birdəfəlik satmaq fikrində olduğu qeyd edilib. "Qırmızı-qaralar" Pyontekin transferi üçün ən azı 30 milyon avro istəyir.

 

"Milan"ın növbəti günlərdə "Tottenhem" və "Atletiko" klubları ilə görüşəcəyi və yekun qərar verəcəyi bildirilib.

 

"Milan" hücumçunu 2019-cu ildə "Cenoa"dan 38 milyon avroya transfer edib. Pyontek bu mövsüm Seriya A-da 18 oyuna 4 qol vurub.

Tarix: 23 Yanvar [15:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Fevral 2020
16  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio