"Herta" "Lion"un futbolçusunu 25 milyona transfer etdi

22:28 - 27 Yanvar 2020

Almaniyanın "Herta" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Berlin təmsilçisi Fransanın "Lion" klubunun yarımmüdafiəçisi Lyuka Tuzarı transfer edib. Klub saytı 22 yaşlı futbolçu ilə uzun müddətli müqavilə imzalandığını açıqlayıb.

 

Tuzarın keçidi Bundesliqa klubuna 25 milyon avroya başa gəlib. Fransalı oyunçu "Herta"ya 2020-ci ilin iyulunda qoşulacaq.

 

Tuzar 2015-ci ildə "Valensyen"dən "Liona"a keçmişdi.

Xəbər xətti