"Mançester Yunayted" Fernandeşə qovuşur

"Mançester Yunayted" "Sportinq"in yarımmüdafiəçisi Brunu Fernadeşin transferində anlaşma əldə edib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" bu keçid üçün 55 milyon avro ödəməyi qəbul edib. Daha 25 milyon avro isə bonuslar şəklində Lissabon klubuna ödəniləcək. Ümumilikdə bu transfer Mançester təmsilçisinə 80 milyon avroya başa gələ bilər.

 

Lissabon klubu 25 yaşlı futbolçunu 2017-ci ildə "Sampdoriya"dan 9,69 milyon avroya transfer etmişdi. Portuqaliyalı futbolçu bu müddət ərzində "Sportinq"də kapitanlığa qədər yüksəlib və komandada 132 oyuna 62 qol vurub, 42 assist edib.

Tarix: 29 Yanvar [00:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Fevral 2020
23  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio