Tərlan Əhmədov: "Onun əsas komandaya aidiyyatı yoxdur"

23:43 - 7 Fevral 2020

Azərbaycan Premyer Liqasında XVI turun "Keşlə" - "Səbail" (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

 

- İlk oyundan sonra öz meydanımızda həyəcan daha çox hiss olunurdu. Matçın əvvəlindən oyunumuzu çətinliklə tapırdıq. Rəqib bizi əks-hücumlardan tuturdu. İstədiyimiz oyunu qura bilmirdik. Şanslarımız da oldu. Bu gün bəxt bizim tərəfimizdə deyildi. Hələ görüləsi çox işimiz var. Kristavao tam uyğunlaşa bilməyib. Komandaya irad da bildirə bilmirəm.

 

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsız. Bu məğlubiyyətin komandaya mənfi təsiri ola bilərmi?
- Futbolda məğlubiyyət də var. İlk turda udmuşduq, o demək deyil ki, bütün matçlarda qələbə qazanacağıq. Görünür, belə qismət idi.

 

- “Keşlə”nin sanki “Səbail”lə oyunu alınmır...
- Bütün dünya futbolunda belə proseslər yaşanır. Arzuolunmaz komandalar olur.

 

- Qeydə alınmayan qol epizoduna baxmısız?
- Xeyr, baxmamışam. Bundan sonra baxmağın nə xeyri? Əlinə dəyibsə, heç nə.

 

- Murad Ağayevin transferinə niyə razılıq verdiz?
- Murad əvəzedici heyətə çağırılıb. Onun əsas komandaya aidiyyatı yoxdu. Düzdü, bizimlə məşq edir. Amma oynayacaqsa, əvəzedicilərdə oynayacaq.

Xəbər xətti