Riçard Qadze 100-ü yarıladı

Premyer Liqanın 16-cı turu “Zirə”nin futbolçusu Riçard Qadze üçün yubileylə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, qanalı hücumçu “qartallar”ın heyətində 50-ci oyununu keçirib. Bu, “Sumqayıt”la səfər matçına (1:2) təsadüf edib.


Qadze “Zirə”nin tarixinə 50 və daha çox oyun keçirən 15-ci futbolçudur. O, Premyer Liqada 42, UEFA Avropa Liqası və Azərbaycan kubokunun hərəsində 4 görüşə çıxıb. 100-ü yarılayan forvardın hesabında 15 qol var. O, 2016/17 mövsümündə 11, 2017/18 mövsümündə 29, cari mövsümdə 10 matçın iştirakçısı olub.


Riçardın “Zirə”də ilk oyunu 2017-ci il fevralın 2-də baş tutub. O, Premyer Liqanın “Qarabağ”la səfər matçının (0:2) ikinci hissəsində meydanda olub.

 

Tarix: 10 Fevral [14:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio