Pep Qvardiola qərarını açıqladı

UEFA-nın "Mançester Siti"ni avrokuboklarda 2 illik uzaqlaşdırmasından sonra komandanın baş məşqçisi Pep Qvardiolanın klubda qalıb-qalmayacağı müzakirələrə səbəb olub.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis bununla bağlı ilk dəfə açıqlama verib. 49 yaşlı çalışdırıcı komandada qalacağını bəyan edib:

 

"Hansı liqada olsaq, burda qalacam. Lap aşağı liqaya düşsək də, komanda ilə olacam. İndi bir yerdə olmaq vaxtıdır".

 

Pep Qvardiolanın "şəhərlilər"lə müqaviləsi 2021-ci ilin yayında bitir.

Tarix: 18 Fevral [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio