"Qalatasaray" 21 il sonra "Fənərbaxça"nın meydanında qalib gəldi - VİDEO

Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi görüşündə "Fənərbaxça" "Qalatasaray"ı qəbul edib. İstanbul derbisində qonaqlar 3:1 hesabı ilə qalib gəlib.

 

Bununla da 21 il sonra "Qalatasaray" "Fənərbaxça"nın meydanında qalib gəlib.

 

Super Liqada turnir cədvəlinə 45 xalla ehtiyatda bir oyunu olan "Trabzonspor" başçılıq edir. "Qalatasaray" da 45 xal toplayıb və 2-cidir. "Sivasspor" da eyni xala malikdir və 3-cü pillədə qərarlaşıb. "Fənərbaxça" 38 xalla 6-cıdır.

 

"Fənərbaxça" - "Qalatasaray" - 1:3

Qollar: Maks Kruze, 21 (pen.) - Rayan Donk, 40, Radamel Falkao, 80 (pen.), Henri Onyekuru, 90+7

Qırmızı vərəqələr: Deniz Türüç, 84 - Yunes Belhanda, 84

 

 

 

Tarix: 23 Fevral [23:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio