Mövsümün 200-cü qolu

Premyer Liqada 2019/20 mövsümünün 200-cü qolu vurulub.

 

Sportal.az xəbər verir ki, bu, XX turun “Səbail” – “Zirə” (1:3) qarşılaşmasında baş verib. Oyunda vurulan 3-cü top mövsümdə 200-cü olub. Bu qola qonaqların futbolçusu Ağabala Ramazanov imza atıb.

 

Mövsümdə ilk qolu I turun “Keşlə” – “Qarabağ” görüşündə (0:1) İsmayıl İbrahimli, 100-cü topu isə XI turun “Sabah” – “Sumqayıt” matçında (1:3) qonaqların futbolçusu Əmir Ağayev vurub.

 

Tarix: 8 Mart [18:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio