Arda Turan: "Azərbaycanda ev sahibi kimi iki oyun keçirəcəyik"

18:26 - 11 Mart 2020

Türkiyə millisinin sabiq futbolçusu Arda Turan yığmanın AÇ-2020-də iki oyununu Bakıda keçirməsinin üstünlük olduğunu söyləyib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "ay-ulduzlar"ın qitə çempionatında uğurlu çıxış edəcəyinə inandığını bildirib:

 

"Milli komandamızın Avropa çempionatında uğurlu çıxış edəcəyinə inanıram. Azərbaycanda ev sahibi kimi iki oyun keçirəcəyik. Digər rəqib İtaliya isə seçmə mərhələdə 10 oyunun hamısında qələbə qazanmış komandadır. Komandamız onlarla başabaş mübarizə apara bilər. Millimizin uğurlu nəticələrlə xalqımızı sevindirəcəyinə inanıram”.

 

AÇ-2020-nin A qrupunda yer alan Türkiyə millisi iyunun 12-də İtaliya ilə Romada, ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.

Xəbər xətti