"Trabzonspor" liderliyə yüksəldi - VİDEO

10:35 - 12 Mart 2020

Türkiyə Super Liqasında 19-cu turdan təxirə salınan oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, "Yeni Malatyaspor"un qonağı olan "Trabzonspor" 3:1 hesablı qələbə qazanıb.

 

"Trabzonspor"la "Başakşəhər" 52 xalla turnir cədvəlində ilk 2 pilləni bölüşürlər. 25 xalı olan "Yeni Malatyaspor" 13-cüdür.

 

"Yeni Malatyaspor" - "Trabzonspor" - 1:3

Qollar: Umut Bulut, 44 - Filip Novak, 10, Xose Sosa, 30, Antoni Vakaeme, 55

 

Xəbər xətti