"Lester Siti"nin 3 futbolçusunda koronavirus simptomları tapıldı

18:25 - 12 Mart 2020

İngiltərənin "Lester Siti" klubunun 3 futbolçusunda koronavirus simptomları aşkarlanıb.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Brendan Rocers məlumat verib. Şimali irlandiyalı mütəxəssis adlarını açıqlamadığı oyunçuların karantində olduğunu deyib.

 

İngiltərə Premyer Liqasında oyunların təxirə salınacağı ehtimalları var.

Xəbər xətti