Almeyda qol vurdu, "Baniyas" qalib gəldi

22:43 - 14 Mart 2020

Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi  "Baniyas" klubu Birləşmiş Ərəb Əmirlikləri liqasının 19-cu turunda "Əl-İttihad Kalba"nı qəbul edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma "Baniyas"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Almeyda start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 52-ci dəqiqədə penaltidən komandasının bərabərlik qolunu vurub.

 

“Baniyas” 23 xalla turnir cədvəlində 9-cudur.

Xəbər xətti