Premyer Liqada ayın futbolçusu yeni transfer seçildi

15:32 - 16 Mart 2020

İngiltərə Premyer Liqasında fevral ayının futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu ada "Mançester Yunayted"İn qış fasiləsində "Sportinq"dən transfer etdiyi Brunu Fernandeş layiq görülüb. Portuqaliyalı yarımmüdafiəçi çempionatda keçirdiyi ilk ayda mükafatı qazanmağa müvəffəq olub.

 

25 yaşlı oyunçu ötən ay çempionatda keçirdiyi 5 matçda 2 qol vurub, 3 assist edib.

Xəbər xətti