Gürcüstan klubu azərbaycanlı futbolçunu diz bağları qopduğu üçün göndərdi

Gürcüstanın "Merani" klubu Tural Rzayevlə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Tbilisi təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

Tural diz bağları qopduğu üçün uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu səbəbdən elita klubu onunla yollarını ayırıb. Klub onun müalicə xərclərini üzərinə götürüb.

 

Rzayev Azərbaycanda "Kəpəz"də oynayıb. O, fevralda "Merani" ilə 1 illik müqavilə bağlamışdı.

Tarix: 18 Mart [11:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio