Qurban Qurbanov və futbolçulardan prezidentin çağırışına dəstək

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və komandanın futbolçuları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış koronavirusla mübarizəyə dəstək fonduna 20 min manat, futbolçular isə ümumilikdə 50 min manat köçürüb.

 

Koronavirusla mübarizə çərçivəsində yaradılmış koronavirusinfo.az saytında yardım edən şəxslərin siyahısında Qurbanov və "Qarabağ"ın oyunçularının da adı qeyd edilib.

Tarix: 25 Mart [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2020
20  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio