Kapitan klubunun səhmlərini aldı

14:14 - 6 Aprel 2020

"Visla"nın kapitanı Yakub Blaşivovski klubunun səhmlərini alıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Krakov təmsilçisinin borclarını ödəyib. Rəsmi açıqlamanın növbəti günlərdə veriləcəyi gözlənilir. Təcrübəli oyunçu klubun sahibi olmaqla yanaşı, komandanın kapitanı kimi meydana çıxmağa davam edəcək.

 

Polşalı iş adamları - Yaroslav Krolevski və Tomaş Yazdinski də klubun səhmlərinin bir hissəsini alıblar.

 

2019-cu ildə "Visla"ya dönən polşalı futbolçu "Borussiya" (Dormtund), "Fiorentina" və "Volfsburq" kimi klublarda çıxış edib. O, Polşa yığmasında 105 oyuna çıxıb.

 

Acı həyat hekayəsi olan Blaşikovski 10 yaşında olarkən atası anasını onun gözləri qarşısında bıçaqlayaraq öldürüb. Bu səbəbdən də atası 15 il həbs edilmişdi. Həyatda tək qalmasına baxmayaraq, Kuba özünə gələcək qurmağı bacarmışdı.

 

Xəbər xətti