İvan Rakitiç: "İstədiyiniz kimi davranacağınız kartof kisəsi deyiləm"

17:09 - 13 Aprel 2020

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, xorvat yarımmüdafiəçi müqaviləsinin sonuna qədər katalonlarda qalmaq istədiyini deyib:

 

"Mövsümün əvvəli klubun məni göndərmək fikri var idi. Mən istədiyiniz kimi davranacağınız kartof kisəsi deyiləm. Hörmət gördüyüm yerdə olmaq istəyirəm. Həmin yer buradırsa, çox xoşbəxtəm, yox, əgər başqa yerdirsə, qərar verəcək adam mənəm, başqası yox".

 

Futbolçu "Sevilya"ya qayıda biləcəyi ehtimalından söz açıb: "Sevilya"ya, şəhərə sevgim böyükdür. Ailəm orda yaşayır. O klubun formasını təkrar geyinmək əla yuxu olacaq. Ancaq bu, tək mənim verəcəyim qərar deyil".

 

Rakitiç 2014-cü ildə "Sevilya"dan "Barselona"ya keçib. 32 yaşlı yarımmüdafiəçi bu mövsüm 31 oyun keçirib.

Xəbər xətti