Qara Qarayev UEFA-nın sosial layihəsində Azərbaycan şairlərinin əsərlərini səsləndirdi - VİDEO

UEFA-nın Uşaq Fondunun koronavirus pandemiyasına görə elan olunmuş karantində azyaşlı futbolçular üçün təşkil etdiyi "Çempion müəllimlər" rubrikasınının növbəti buraxılışı olub.

 

Sportal.az xəbər verir ki, rubrikanın növbəti buraxılışında Azərbaycan millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev, Belçika millisinin baş məşqçisi Roberto Martines, "Qızıl top" mükafatının sahibi, almaniyal qadın futbolçu Nadine Kessler və "Astana"nın oyunçusu Abay Yunusov qonaq olub.

 

Qara Qarayev videoçarxda özü və karyerası barədə qısa bilgi verib. 27 yaşlı futbolçu Azərbaycanın tanınmış şairlərindən olan Bəxtiyar Vahabzadənin "Ömür", Mikayıl Müşfiqin "Həyat sevgisi" və Ramiz Rövşənin "Gedək biz olmayan yerə" şeirlərini səsləndirib.

 

 

 

 

Tarix: 1 May [16:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 May 2020
30  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio