Rabyö "Yuventus"un qərarına etiraz etdi

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyö klubla problem yaşayıb.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, məşqləri bərpa edən Turin klubu əcnəbi oyunçuları geri çağırır. Ancaq komandanın üzvü Adrien Rabyö fərqli davranıb və hazırlığa qatılmaq istəməyib.

 

Fransada qalmağa qərar verən futbolçu klubun maaşları azaltmasından narazıdır.

 

"Qoca sinyora"nın ən yaxın transfer dönəmində fransız futbolmu ilə yollarını ayırmağa hazır olduğu bilirilir. 25 yaşlı oyunçu 2019-cu ilin yayında PSJ-dən "Yuventus"a azad agent statusu ilə keçib.

Tarix: 12 May [15:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2020
25  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio