Ferdinand "Mançester Yunayted"də görmək istədiyi 3 futbolçunu açıqladı

16:01 - 19 May 2020

"Mançester Yunayted"in keçmiş müdafiəçisi Rio Ferdinand "qırmızı şeytanlar"ın transfer etməli olduğu 3 futbolçunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, veteran ingilis futbolçu Ceydon Sanço, Saul Niqes və Kalidu Kulibalini keçmiş komandasında görmək istədiyini deyib:

 

"Ceydon Sanço, Kalidu Kulibali və Saul Niqesi "Mançester Yunayted"də görmək istəyərdim. Harri Keyn barədə xəbərlər gəzir, amma hücumçuya ehtiyacım olsaydı, yenə də Ceydon Sançonu alardım. Komandaya xəyali güc verəcək və bu da "Mançester Yunayted"in ehtiyac duyduğu amildir. Sançoya 7 nömrəli formanı verərdim. Təzyiqdən baş çıxaracağına əminəm".

Xəbər xətti