Rafaellə İrinanın lisenziyaları ləğv edildi

13:52 - 21 May 2020

Ümumdünya Karate Federasiyası reytinq üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyaları ləğv edib.

 

Sportal.az xəbər verir ki, buna səbəb olimpiadanın koronavirusa görə 2021-ci ilə təxirə salınması olub. Seçimlər gələn ildən hesablanacaq.

 

Tokio-2020-yə 40 karateçi reytinqlə vəsiqə qazanmışdı. Siyahıda azərbaycanlı idmançılar - Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da yer almışdı.

Xəbər xətti