Premyer Liqa klublarında narazılıq: əcnəbi futbolçular mövsümün bərpasını istəmir

14:14 - 21 May 2020

Koronavirusa görə məşqlərə başlamayan Azərbaycan klublarının əcnəbi futbolçuları mövcud durumdan narazı qalıblar.

 

Sportal.az xəbər verir ki, qeyri-müəyyən vəziyyətə görə bəzi futbolçular mövsümün davam etdirilməsinə həvəsli olmadığı üçün ölkələrinə qayıtmaq istəyir.

 

"Neftçi"nin hücumçusu Baqali Dabo ilə cinah futbolçusu Donald Gerye mövsümün davam etdirilməsini istəməyən əcnəbilərdəndir.  Hər iki futbolçu Premyer Liqanın son 8 turunda meydana çıxmaq fikrində deyil.

 

Azərbaycanda futbol mövsümü martın əvvəli dayandırılıb. Avropada klublara məşqlərə icazə verilsə də, ölkəmizdə klublar yalnız koronavirus testindən keçməklə kifayətlənib.

Xəbər xətti