Azərbaycanda idman tədbirlərinə bu tarixdən icazə veriləcək

17:35 - 22 May 2020

Azərbaycanda idman tədbirləri iyunun 1-dən sonra bərpa edilə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib:

 

“İyunun 1-dən sonra ticarət mərkəzlərinin və rayonlara gediş-gəlişin açılması müzakirə olunacaq. İdman tədbirləri üçün iyunun 1-dən icazənin verilməsi gündəmdədir. Yaxın günlərdə bununla bağlı qərar açıqlanacaq".

 

Xəbər xətti