İsveç millisinin baş məşqçisi ilə yeni müqavilə

İsveç Futbol Federasiyası milli komandanın baş məşqçisi Yanne Anderssonun müqaviləsini uzadıb.

 

Sportal.az xəbər verir ki, 57 yaşlı mütəxəssislə 2024-cü ilədək sözləşmə imzalanıb.

 

İsveçli mütəxəssis 2016-cı ildən yığmanı çalışdırır. Onun öncəki sazişi 2022-ci ilə qədər idi.

 

Yığma komanda Anderssonun rəhbərliyi ilə 2021-ci ilə təxirə salınan Avropa çempionatına vəsiqə qazanıb.

Tarix: 29 May [12:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 İyul 2020
14  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio