Azarkeşlər "Zoom" proqramı ilə komandaya dəstək oldu - FOTOLAR

12:12 - 29 May 2020

Koronavirus pandemiyasına görə oyunları azarkeşsiz keçirilən Danimarka Super Liqasında maraqlı hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, "Aarhus" klubu "Randers" ilə matçda texnologiyanın sayəsində stadionda azarkeşlərlə canlı yayım açıb.

 

"Zoom" proqramı ilə yayıma qoşulan azarkeşlər stadionda böyük ekranlarda görünüb. Onlar evdə matçı izləyib, komandaya dəstək olublar.

 

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

 

Xəbər xətti