Dabo "Neftçi"də son oyunlarda meydana çıxacaq? - klubdan açıqlama

16:16 - 1 İyun 2020

"Neftçi"nin hücumçusu Baqali Dabo Kiprin "Apollon" klubu ilə anlaşıb. Fransız hücumçunun "ağ-qaralar"la müqaviləsi iyunun 30-u bitəcək. Bərpa edilməsinə qərar verilən Azərbaycan Premyer Liqasına isə iyulun 29-u yekun vurulacaq.

 

Maraqlıdır, Dabo mövsüm bitənə qədər "Neftçİ"yə kömək edəcək?

 

Hələ bir müddət əvvəl Sportal.az saytı "Neftçi"nin üzvləri - Baqali Dabo və Donaldd Geryenin mövsümün bərpa edilməsindən sonra meydana çıxmaq istəmədiklərini yazmışdı. Gerye komandadan ayrılıb. Dabonun isə mövsümün sonuna qədər "Neftçi"də çıxış edib-etməyəcəyi məlum deyil.

 

Məsələ ilə bağlı klubun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin fikirlərini öyrəndik: "Dabonun müqaviləsi iyunun 30-u bitir. Hələ sazişinin tamamlanmasına vaxt qalıb. Klub rəhbərliyi onunla qalan matçlarda oynayıb-oynamayacağı ilə bağlı görüş keçirib. Yaxın günlərdə fikrini bildirəcək".

Xəbər xətti