Cengiz Ündəri 3 klub istəyir

İtaliyanın "Roma" klubu ən yaxın transfer pəncərəsində Cengiz Ündər satmağa hazırlaşır.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi türkiyəli yarımmüdafiəçini 30 milyon avroya satmağı planlaşdırır.

 

22 yaşlı futbolçunun keçidi ilə bağlı "Bayern", "Leyptsiq" və "Everton" klubları "Roma" ilə əlaqə saxlayıb. Xəbərdə "canavarlar"ın Cengizi 30 milyon avrodan aşağı qiymətə satmaq fikrindən uzaq olduğu qeyd edilib.

 

"Roma" Cengizi 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi. Türkiyə millisinin üzvü bu mövsüm 20 oyunda 3 qol vurub. Onun müqaviləsi 2023-cü ilin iyunun 30-da bitəcək.

Tarix: 4 İyun [10:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio