Son əsgərliyindən danışdı: "Üç həftə çox uzun çəkdi"

Karantin müddətində Cənubi Koreyanın Jeju adasında 3 həftəlik hərbi xidmətdə olan "Tottenhem"in hücumçusu Son Hın Min həmin günlərdən danışıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu xidmətin uzun çəkdiyini deyib:

 

"İnsanların nə fikirləşdiyini bilmirəm, amma mənim üçün üç həftə çox uzun çəkdi. Ancaq maraqlı sınaq idi. Çətin dönəm idi, amma zövq almağa çalışdım. İlk gün qəribə idi, amma qısa müddət sonra bir-birimizi tanımağa başladıq. Kazarmalarda 10 nəfərlə qalırdıq və bir-birimizə kömək edirdik.

 

Fiziki cəhətdən indi yaxşıyam. Maksimum səviyyədə olmaq üçün çox çalışıram və buna yaxınlaşmışam. Məşqlərə davam edirik. Musa Sissoko, Harri Keyn, Stivn Berqveyn də geri dönüb. Hamı oynamaq istəyir, komandada motivasiya var".

 

Son 157 nəfərlik taborda ən yaxşı performans göstərən əsgərlərdən olub. Güllə atıcılığında maksimum nəticə göstərən nümunəvi əsgərə xüsusi diplom təqdim olunub.

 

Son hərbi xidmətini tamamlamaq üçün Cənubi Koreyada 2023-cü ildə ictimai işlərə cəlb ediləcək.

 

Ulduz futbolçu 2018-ci ildə Asiya oyunlarında millisi ilə qızıl medal qazandığı üçün 21 aylıq hərbi xidməti 1 ayla əvəzlənib.

 

Tarix: 4 İyun [10:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio