Fərid Nəbiyev komandasına qələbə qazandırdı

21:21 - 6 İyun 2020

Çexiya II Liqasında XXI turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya Jijkov" öz meydanında "Visen"i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

 

Fərid start heyətdə oyuna başlayıb və 37-ci dəqiqədə hesabı açaraq komandasının qələbəsində böyük pay sahibi olub. O, 81-ci dəqiqədə əvəzlənib.

 

Hesabında 38 xal olan "Viktoriya Jijkov" 4-cü sırada qərarlaşıb.

Xəbər xətti