"Barselona"nın gələcək vəd edən futbolçusu "Mançester Yunayted"də

11:49 - 30 İyun 2020

"Barselona"nın gələcək vəd edən futbolçusu kimi göstərilən Mark Xurado Kataloniya klubunda ayrılıb.

 

Sportal.az xəbər verir ki, 16 yaşlı oyunçu "Mançester Yunayted"ə keçib. Sağ cinah müdafiəçisi 9,5 il "Barsa"nın bütün yaş qruplarından ibarət komandalarında oynayıb.

 

Xurado klubun yeni müqavilə təklifini qəbul etməyib və "qırmızı şeytanlar"a keçib. Mançester təmsilçisi "Barselona"ya 1,5 milyon avro yetişdirmə haqqı ödəyəcək.

 

Gənc futbolçu karyerasında peşəkar oyun keçirməyib.

Xəbər xətti