"Liverpul" "Olimpiakos"un futbolçusunu transfer etdi

"Liverpul" yeni futbolçu ilə anlaşıb.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, "qırmızılar" Yunanıstan "Olimpiakos" klubunun sol cinah müdafiəçisi Kostas Çimikası transfer edib. Mersisaydlılar bu keçid üçün Afina təmsilçisinə 11,75 milyon funt-sterlinq təzminat ödəyib.

 

Yunanıstan millisinin üzvü 2014-cü ildən "Olimpiakos"da çıxış edirdi. 24 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 46 oyunda 7 məhsuldar ötürmə edib.

Tarix: 10 Avqust [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2020
18  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio