Albaniyalı müdafiəçi "Qəbələ"də

21:21 - 10 Avqust 2020

“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” heyətini albaniyalı müdafiəçi Yurgen Qoxa ilə gücləndirib. 28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

 

Karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçinin ötən mövsüm icarə əsasında “Biliş”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Super Liqada 13 matçda 3 qol vurub.

Xəbər xətti