"Yuventus"dan ayrılan futbolçunun transferi açıqlandı

16:39 - 13 Avqust 2020

"Yuventus"dan ayrılan Bleyz Matuidi karyerasını ABŞ-da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi "Mayami İnter"ə keçib. Devid Bekhemin sahibi olduğu MLS klubu 33 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb.

 

Matuidi ötən mövsüm keçirdiyi 45 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib. 2018-ci ildə Fransa ilə dünya çempionu olmuş futbolçu 2017-ci ildə PSJ-dən "Yuventus"a keçmişdi. 

Xəbər xətti