"Neftçi" "Xəzər Lənkəran"ın yetirməsini transfer etdi

14:45 - 20 Avqust 2020

"Neftçi" heyətinə yeni oyunçu cəlb edib.

 

Sportal.az-ın məlumatına görə, "ağ-qaralar" Azərbaycanın U-21 millisinin üzvü İbrahim Qədirzadəni rənglərinə bağlayıb.

 

"Xəzər Lənkəran"ın yetirməsi son olaraq aşağı liqa təmsilçisi "Zaqatala"da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi MOİK-lə divizion çempionluğu yaşayıb, "Qarabağ"ın U-19 komandasında UEFA Gənclər Liqasının iştirakçısı olub.

Xəbər xətti